HAQQIMIZDA

Avenue Hotel

Hava limanından 15 dəqiqəlikvə şəhər mərkəzindən cəmi 10 dəqiqəlik yolda yerləşən yeni 4* Avenue Hotel sizin üçün öz qapılarını açıb.

49 nömrəyə (5 Standard, 34 Superiorvə 10 Suit nomrə) sahib olan "Avenue" oteli Heydər Əliyev prospektində yerləşir və qonaqlara sərfəli qiymətlərlə yüksək xidmət səviyyəsini təklif edir. Parlaq dinamik üslubda olan nömrələr rahat istirahət üçün hər cür təchiz edilmişdir: İqlim-kontrol sistemi, LED-televizor, seyf və telefon. Güclü səs və işıq izolyasiyası rahatlıq və sakit istirahəti təmin edir. Həmçinin yeni otelin infrastrukturuna 3 restoran da daxildir. Otelin bütün ərazisində pulsuz Wi-Fi fəaliyyət göstərir.

"Avenue Hotel” dünya xidmət standartlarının daim əməl olunmasını və texniki yeniliklərinin tətbiqini təmin edir. Qonaqların rahatlığını peşəkar əməkdaşlar komandası qoruyur.

Avenue Hotel - Rahatlıq və diqqətə dəyər verənlər üçündür!